Bu il narkotiklə əlaqəli cinayət məsuliyyətinə cəlb edilənlərin sayı AÇIQLANDI

17:29 - 08 Oktyabr 2022

Bu il narkotiklə əlaqəli cinayət məsuliyyətinə cəlb edilənlərin sayı AÇIQLANDI

Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkarlanıb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bu faktlar üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.

Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az