Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırıldı - VİDEO

08:48 - 10 Oktyabr 2022

Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırıldı - VİDEO

Beyləqanda 14 yaşlı şagird məktəbdən evə qayıdarkən qaçırılıb.

 

Manset.az xəbər verir ki, hadisə Beyləqan rayonunun Qaralılar kəndində qeydə aınıb.

2008-ci il təvəllüdlü qızın anası iddia edir ki, övladı həmkəndlisi tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb.

Onun sözlərinə görə, hadisə 2 gün əvvəl günorta saatlarında orta məktəbin yaxınlığında baş verib.

Hadisəni eşidən kimi qızın yaxınları dərhal polisə məlumat veriblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı "Xəzər Xəbər"ə bildirib ki, əməliyyat tədbirləri nəticəsində qaçırılan qız tapılıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az