Keçmiş vəkilə 8 il həbs cəzası verildi - FOTO

11:01 - 10 Oktyabr 2022

Keçmiş vəkilə 8 il həbs cəzası verildi - FOTO

Keçmiş vəkil, külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərli barəsində məhkəmə araşdırması başa çatıb.

 

Manset.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Hökmə əsasən, V.Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Səbinə Kətanovadır. Keçmiş vəkilin ona 130 min manatdan çox zərər vurduğu bildirilir.

Vüqar Səfərli bir müddət əvvəl Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az