"Ermənistan azərbaycanlı hərbçilərin meyitləri ilə xüsusi qəddarlıqla davranıb" - RƏSMİ

12:53 - 10 Oktyabr 2022

\"Ermənistan azərbaycanlı hərbçilərin meyitləri ilə xüsusi qəddarlıqla davranıb\" - RƏSMİ

“Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri ekspertizadan keçirilib. Həmin meyitlər üzərində xüsusi qəddarlığın, amansız rəftar əlamətlərinin, bir neçəsinin diri-diri boğazının, qulaq seyvanlarının, burunlarının kəsilməsi, üz dərisinin soyulmasının şahidi olmuşuq”.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu fikirləri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, cinayət işlərinin faktlarında bu materiallar öz təsdiqini tapır:

“Niyə bunlara reaksiya vermirlər? Çünki ikili standartlar buna imkan vermir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az