Sosial şəbəkələrdə oğurluğa görə, şübhəli bilinən şəxsin görüntüləri müzakirələrə səbəb olub.
Manset.az xəbər verir ki, jurnalist Nurlan Libre məlumatda bildirir ki, Xətai Rayon Məhkəməsi həmin şəxsin sərbəst buraxılması ilə bağlı qərar verib, lakin polis onu yenidən saxlayıb.
Görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin məsələ ilə əlaqədar araşdırma aparılır: “Araşdırmaların ilkin nəticəsinə əsasən, iddiaların həqiqətə uyğun olmadığı müəyyən edilib. Tam nəticə barədə ətraflı məlumat veriləcək”.