Salyanda azyaşlının ərə verilməsinin qarşısı alındı

10:48 - 11 Oktyabr 2022

Salyanda azyaşlının ərə verilməsinin qarşısı alındı

Polis Salyanda yetkinlik yaşına çatmayan qızın ərə verilməsinin qarşısını alıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün Salyan Rayon Polis Şöbəsinə (RPŞ) Seydan kənd sakini Şəhriyar Quliyevin 2007-ci il təvəllüdlü qızı ilə 1999-cu il təvəllüdlü həmkəndlisi arasında Qarabağlı kəndində yerləşən şadlıq sarayında toy mərasimi təşkil etmək istəməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, dərhal Salyan RPŞ tərəfindən məsələyə müdaxilə edib:

“Polis əməkdaşları hər iki tərəfin valideynləri ilə görüşüblər. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb. Azyaşlının nikaha girməsinin ciddi qanun pozuntusu olması onların nəzərinə çatdırılıb. Bununla da toy mərasimin qarşısı alınıb. Hər iki tərəf polis əməkdaşlarının xəbərdarlığını anlayışla qarşılayıblar. Valideynlər söz veriblər ki, qız yalnız 18 yaşına çatandan sonra toy mərasimi təşkil olunacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az