“Dindarlar öz pullarını İslam ölkələrindəki banklara qoyurlar” - Ceyhun Məmmədov

12:52 - 11 Oktyabr 2022

“Dindarlar öz pullarını İslam ölkələrindəki banklara qoyurlar” - Ceyhun Məmmədov

“Bu gün Azərbaycanda dindar şəxslər banklara o qədər meyl göstərmirlər. Bu, faiz məsələsi ilə bağlıdır”.

 

Manset.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, buna görə də dindar insanlarımız öz pullarını bəzi İslam ölkələrində, islam qaydaları ilə fəaliyyət göstərən banklara qoyurlar:

“Bu da bizim investisiyanın xaricə çıxarılması ilə nəticələnir. Bu gün Azərbaycanda dinə meyl artıb. Buna görə də Azərbaycanda da dini qaydalarla işləyən investisiya şirkətlərinin olması vacibdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az