ABŞ-da Azərbaycan səfirliyinə məxsus avtomobilin atəşə tutulmasının TƏFƏRRÜATI - VİDEO

12:30 - 13 Oktyabr 2022

ABŞ-da Azərbaycan səfirliyinə məxsus avtomobilin atəşə tutulmasının TƏFƏRRÜATI - VİDEO

ABŞ-nin xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın Vaşinqtondakı səfirliyinə dəvət olunub. Diplomatik korpusun təhlükəsizlik kameraları izlənilib.

 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibi Toğrul Əliyev Baku TV-yə danışıb.

“Hadisə oktyabrın 11-i saat 00:16-da baş verib. Naməlum avtomobil səfirliyin inzibati binasına yaxınlaşaraq xidməti avtomobilə atəş açıb və hadisə yerini tərk edib. Xoşbəxtlikdən səfirliyin əməkdaşları avtomobildə olmayıb”, - deyə o qeyd edib.

Diplomat bildirib ki, hadisə ilə bağlı ABŞ Dövlət Departamentinə və Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar verilib. Bundan başqa, müvafiq qurumlardan səfirlik binasının təhlükəsizliyinin təmin olunması tələb edilib.

Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibinin sözlərinə görə, bununla bağlı hələlik heç bir tədbir görülməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az