Azadlığa buraxıldıqdan sonra tutulan şəxs barəsində həbs qətimkan tədbiri seçildi

13:43 - 13 Oktyabr 2022

Azadlığa buraxıldıqdan sonra tutulan şəxs barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda azadlığa buraxıldıqdan sonra tutulan İsmayıl Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi, Xətai, Nizami rayonlarında çoxsaylı oğurluq əməllərində şübhəli bilinən 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs barəsində cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsində aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az