Qusar sakini narkotik vasitə ilə saxlanıldı - VİDEO

14:03 - 14 Oktyabr 2022

Qusar sakini narkotik vasitə ilə saxlanıldı - VİDEO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Ruslan Əliyev saxlanılıb.

Həmin şəxsin üzərinə və özünə məxsus bağ sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ruslan Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az