Su basan yolda uzun tıxaclar yarandı: Yenilənib - VİDEO

10:44 - 15 Oktyabr 2022

Su basan yolda uzun tıxaclar yarandı: Yenilənib - VİDEO

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basması ilə bağlı Bakı-Qazax magistralı və əks istiqamətdə uzun tıxaclar yaranıb.

Manset.az xəbər verir ki, hadisə yerində olan sürücülər  40 dəqiqədən artıqdır ki, tıxacda dayanıblar. Yolda hərəkətin iflic vəziyyətə düşüb.

***

Daxili İşlər Nazirliyi də Bakı-Qazax avtomagistralındakı vəziyyətlə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir. 

Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az