"Düzünü desəm, burada gördüklərimə görə çox kədərlənirəm".
Manset.az xəbər verir ki, bunu bu gün Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlığa səfər edən Serbiyadan olan qeyri-hökumət təşkilatının təmsilçisi Srdjan Budimcic deyib.
O bildirib ki, bu, bəşəriyyət üçün çox pisdir və ümid edirəm ki, gələcəkdə belə hadisələrin bir daha baş verməsini heç vaxt görməyəcəyik: "Mənim gələcək üçün mesajım sülh və sevgidir".