Şəhid Ənvər Əliyevin anım günüdür - Fotolar

12:21 - 15 Oktyabr 2022

Şəhid Ənvər Əliyevin anım günüdür - Fotolar

Bu gün Naxçıvanda anadan olan şəhidimiz Əliyev Ənvər Nizami oğlunun anım günüdür.

 

Manset.az xəbər verir ki, şəhid Əliyev Ənvər Nizami oğlu 4 iyun 1997-ci ildə Şərur rayonun Axaməd kəndində anadan olub.2003-cü ildə Axaməd kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin Məktəbin hemin  il bitirib Heydər Əliyev adına hərbi liseyin  daxil olub.

17 iyun 2015-ci ildə H.Əliyev adına hərbi liseyi tam orta təhsil haqqında xüsusi nümunəvi attestatla(bütün fənnlərdən 5 (əla) ) bitirib. Yaxşı oxuduğu üçün o həmin il Türkiyə Respublikasına Ankara şəhərində Kara kuvvetlere göndərilib.
2015-2016-cı illərdə Ankarada hərbi akademiyada oxuyub. Türkiyədə baş verən ixtisaslarla əlaqədar tələbələr geri çağırıldığı üçün Ənvər də vətənə qayıdıb.  2016-2020-ci illərdə H.Əliyev adına Azərbaycan ali hərbi məktəbinin “ Xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi alıb (19 iyun 2020ci il).

Ənvər hərbi liseydə oxuduğu dövrdə bir sıra fərqli fərmanlarla, medallarla ,saatla, təşəkkürlə təltif olunub.
2014-2015 ci tədris ilində əldə etdiyi nəticələrə və “ ilin ən yaxşı kursantı” olduğuna görə 01.06.2014-cü ildə fəxri fərmanla təltif olunub.
Naxçıvan şəhər ümumi təhsil məktəbləri arasında keçirilən fənn olimpiyadasında riyaziyyat fənni üzrə 1 ci yeri tutduğuna görə 06.01.2015-ci ildə fəxri fərmanla təltif olunub.
20 aprel 2015 tarixində Naxçıvan NMR də keçirilən məktəblilərin fənn olimpiyadalarının Respublika turunun yarımfinal mərhələsində riyaziyyat  fənnindən 2 ci yeri tutduğu üçün 11-ci sinif şagirdi Ə.Ənvər  fəxri fərmanla təltif olunub. 29 Mart 2019 cu ildə Naxçıvan şəhər ümumi təhsil məktəbləri arasında keçirilən olimpiyadalarının 2-ci şəhər  turunda riyaziyyat fənnindən 1-ci yeri tutduğu üçün Hərbi liseyin 11-ci sinif şagirdi Ə.Əliyev Naxçıvan şəhər təhsil şöbəsi tərəfindən  fəxri fərmanla təltif olunub.

Təşəkkürnamə : 14 yanvar 2014 cü il tarixdə kursant Ə.Ənvər 2013-2014- cü  təlim-tədris ilində əldə etdiyi yüksək nailiyyətlərə və nümunəvi davranışına görə ona təşəkkür elan edilir.
15 may 2015 ci ildə Ə.Əliyev Naxçıvan şəhər H.Əliyev adına hərbi liseyin şagirdi 2015-ci il fənn olimpiyadalarının  Respublika turunda Riyaziyyat fənni üzrə 2ci yer(gümüş medal) diplomu ilə təltif olunub – Təhsil naziri Mikayıl Cabbarov N099 15.05.2015
Ənvər Əliyev hərbi liseyi gümüş medalla bitirib.

Yaxşı oxuduğu üçün NMR- nın Ali mecilisinin Sədri V. Talıbov  tərəfindən “Tissot” markalı saatla təltif olunub. 
2019 cu ildə təcrübə kəçmək üçün Beyləqan N saylı komandiri tərəfindən Təşəkkürnamə ilə təltif olunub.
Şəhid Əliyev Ənvər Nizami oğlu oxuduğu və  işlədiyi dövrdə  müəllimlərinin və komandirlərinin hörmətini qazanıb.
15 oktyabr 2020 ci ildə 2-ci böyük vətən müharibəsində qəhrəmancasına şəhid olaraq, 18.10.2020 ci il tarixdə Şərur rayon şəhidlər xiyabanında dəfn olunub.

Ənvəri tanıyanlar və bütün qohumları onunla fəxr edir, o əbədi olaraq qəlbimizdə yaşayacaqdır. Ə.Əliyev yaxşı oxuduğundan və özünü kursantlar arasında çox intizamlı apardığı üçün onun şəkli H.Əliyev adına Hərbi liseyin şərəf lövhəsində qalmaqdadır.

Əliyev Ənvər Nizami oğlu ölümündən sonra aşağıdakı ordenlərlə təltif olunub:

1) İgidlyə görə;
2) Vətən uğrunda;
3) Suqovuşanın azad edilməsinə görə;
4) 3-cü dərəcəli orden.

Allah rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az