logo
logo logo
logo

Son sutkada Azərbaycanda 18 nəfər koronavirusa yoluxdu

20:58 - 17 Oktyabr 2022

Son sutkada Azərbaycanda 18 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 18 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

 

Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, xəstəlikdən ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 247 nəfər müalicə olunaraq sağalıb, hazırda 438 aktiv xəstə var. Bu günə qədər 9 932 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 458, bu günə qədər isə ümumilikdə 7 290 601 test icra olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az