Daha bir ölkədən Nailə Əsgərzadəyə qarşı SANKSİYA

14:40 - 18 Oktyabr 2022

Daha bir ölkədən Nailə Əsgərzadəyə qarşı SANKSİYA

Kanada hökuməti daha bir neçə rusiyalıya qarşı sanksiyalar tətbiq edib.

 

Manset.az xəbər verir ki, siyahıda 34 fiziki şəxs və “Zvezda” telekanalı var.

Sanksiyalar aşağıdakı fiziki şəxslərə qarşı tətbiq olunub:

- “Moskovski komsomolets” nəşrinin sahibi və baş redaktoru Pavel Qusev, teleaparıcılar Nailə Əsgərzadə, Mariya Sittel, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin baş direktorunun birinci müavini Andrey Kondraşov, “Pervıy kanal”ın informasiya proqramları direktorluğunun başçısı Kirill Kleymenov, “Komsomolskaya pravda”nın jurnalistləri Aleksandr Kots və Aleksandr Qamov;

- idman şərhçisi Dmitri Quberniyev, “Qazprom-Media”nın baş direktorunun müavini Tina Kandelaki qızı və oğlu ilə;

- aktyorlar Sergey Bezrukov, Vladimir Maşkov, Dmitri Pevtsov və digərləri.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Nailə Əsgərzadəyə qarşı sanksiyalar tətbiq etmişdi. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az