logo
logo logo
logo

“Baba, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur...” - AzTv-dən İrana növbəti cavab (VİDEO)

12:47 - 31 Oktyabr 2022

“Baba, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur...” - AzTv-dən İrana növbəti cavab (VİDEO)

Son günlər AzTv-də “Həftə” analitik-informasiya proqramında yayımlanan siyasi materiallar geniş müzakirə olunur. 

 

Manset.az xəbər verir ki, proqramın bu dəfəki mövzusu AzTV-nin rəhbəri Rövşən Məmmədovun təqdimatında İranın ölkəmizə təhdid mesajlarına tutarlı cavab olub. 

Nəzərinizə çatdıraq ki, ötən günlərdə İran telekanalında Azərbaycanı birbaşa hədəf alan videoklip verilmişdi. Hansı ki, burada "Azərbaycan, əlinlə qəbrini qazma" kimi hədə dolu fikirlər səsləndirilir. 

Bu fikirlərə Rövşən Məmmədovun cavabı belə oldu:

"Bəli, Azərbaycan qəbir qazır. Amma özünə yox, düşmənlərinə... Əgər sən də bu siyahıya düşmək istəyirsənsə, seçim özünündür. Amma baba, bir şeyi yaddan çıxarma ki, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur. Və biz qəbir qazmaqda peşəkarlığımızı sənin kimi cizgi filmlərinə bənzəyən görüntülərlə, yaxud elə İran televiziyalarının səviyyəsini göstərən videoçarxlarla yox, real nümunələrlə-döyüş meydanında sübut etmişik...".

Daha ətraflı sujetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az