Xəzər sahillərində ölü suitilər tapılıb - VİDEO

16:15 - 17 Yanvar 2023

Xəzər sahillərində ölü suitilər tapılıb - VİDEO

Xəzər dənizinin Mahaçqala sahillərində ölü suitilər aşkarlanıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, heyvan cəsədləri 3 gün davam edən güclü tufandan sonra sahilə çıxıb. 

Ekspertlər müəyyən ediblər ki, ölən heyvanlar nəsli kəsilməkdə olan Xəzər suitiləridir. Heyvanların tələf olma səbəblərini müəyyən etmək üçün cəsədlərdən analiz nümunələri götürülüb.

Xatırladaq ki, 2022-ci il dekabrın əvvəlində də Xəzər dənizinin sahillərində 2 500-dən çox suiti ölüsü tapılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az