Daha bir qanunsuz tikinti sökülüb - FOTO

16:34 - 28 Fevral 2023

Daha bir qanunsuz tikinti sökülüb - FOTO

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Təmənis” yaşayış massivində və Nəriman Əliyev küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Manset.az-a məlumat verilib.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az