Yaş saçla yatmağın 6 TƏHLÜKƏLİ NƏTİCƏSİ

22:34 - 28 Fevral 2023

Yaş saçla yatmağın 6 TƏHLÜKƏLİ NƏTİCƏSİ

Amerikalı bərbər yaş saçla yatmağın altı təhlükəli nəticəsini açıqlayıb.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, o, bu barədə şəxsi "TikTok" hesabında video yerləşdirib.

Texasdan olan gözəllik salonunun əməkdaşı izləyicilərinə yatmazdan əvvəl saçları yaxşıca qurutmağı tövsiyə edib.

Onun sözlərinə görə, yaş saçla yatmaq kövrək qıvrımlara, həmçinin göbələk və kandidozun yaranmasına səbəb ola bilər. Bundan əlavə, nəm mühit dəri dermatitinin inkişafına və kəpək meydana gəlməsinə səbəb olur.

"Ən vacib şərtlərdən biri də odur ki, yaş saçla yatan insanlarda tez-tez dəri xəstəliyi inkişaf edir. Bu da qismən keçəlliyə gətirib çıxarır", - müəllif yekunlaşdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az