Neftçala sakinlərindən külli miqdarda narkotik götürüldü

10:10 - 11 Mart 2023

Neftçala sakinlərindən külli miqdarda narkotik götürüldü

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Ağakişi Süleymanov və Azər Mahmudov saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Belə ki, baxış zamanı A.Süleymanovdan 2 kiloqram 225 qram, A.Mahmudovdan isə 3 kiloqrama yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az