Ali Məhkəmə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq rəhbəri Vüqar Səfərlinin təqsirsiz olması ilə bağlı bəraət verilməsi barəsində və müsadirə edilmiş əmllaklarının qanunsuz müsadirəsi ilə bağlı kasassiya şikayəti əmlaklar hissəsində təmin edilib.
Manset.az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində bildirilir.
O hissədə apelyasiya məhkəməsinin qərarı ləğv edilib.
Əmlak hissəsində araşdırmalar üçün apelyasiya məhkəməsinə göndərilib.
Bəraət verilməsi ilə bağlı şikayəti isə təmin edilməyib.
Xatırladaq ki, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.
Ətraflı süjetdə: