Oqtay Əliyevin öldüyü qəzada xəsarət alan Xalq artistinin son durumu: “DTX-nin hospitalındadır”

16:36 - 28 Mart 2023

Oqtay Əliyevin öldüyü qəzada xəsarət alan Xalq artistinin son durumu: “DTX-nin hospitalındadır”

Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Xalq artisti Mehriban Zəkinin səhhətindən danışıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Vüsal Murtuzəliyev teleqraf.com-a açıqlamasında deyib ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalındadır:

“Mehriban Zəkini xəstəxanada ziyarət edirik, tez-tez danışırıq. İnşallah, yavaş-yavaş düzələcək. Xəstəxanadan nə zaman çıxacağı bilinmir. Hələ müalicələri davam edir. Qolunda və qabırğasında çat var”.

O, bacısı Dilarə Əliyeva haqda belə deyib: “Toparlanmağa, özünə gəlməyə çalışır”.

Vüsal Murtuzəliyev qəza zamanı dünyasını dəyişən Oqtay Əliyevin ölüm səbəbinin araşdırılmasından da danışıb:

“Hələ analizlərin cavabı məlum deyil. Yaxın günlərdə bilinəcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az