Milli Məclisdən Fransanın təxribatına qarşı BƏYANAT

12:50 - 04 Aprel 2023

Milli Məclisdən Fransanın təxribatına qarşı BƏYANAT

Milli Məclisin iclasında Fransa Senatının Azərbaycana qarşı təxribatına cavab olaraq bəyanat hazırlanıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, deputat Sevil Mikayılova bəyanatın mətnini səsləndirib.

Bəyanatda bildirilib ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh gündəliyinə zərbə vurur.

“Fransa 44 günlük müharibədə olduğu kimi, yenə də Azərbaycana qarşı təxribatlarını, qərəzli siyasətini davam etdirir. Fransa Korsika xalqının hüquqlarını tanımadığı halda, Qarabağdakı ermənilərin hüquqlarından danışır. Bu, siyasi riyakarlığın ən bariz nümunəsidir”, - deyə bəyanatda bildirilib.

Bəyanat səsə qoyularaq qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az