logo
logo logo
logo

Laçın-Zabux yolunda ağır qəza - Ölən var

11:56 - 16 İyun 2023

Laçın-Zabux yolunda ağır qəza - Ölən var

Laçın rayonu ərazisində ağır yol qəzası baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 09 radələrində Laçın-Zabux yolunda Fərman Hüseynovun idarə etdiyi “MAN” markalı yük maşını enişli yoldakı döngədə idarəetmədən çıxıb.

Yoldan çıxan ağırtonnajlı yük maşını daha sonra qarşıdan gedən və Elman Qarayevin sürdüyü digər yük avtomobilinə çırpılıb. Nəticədə hər iki sürücü ağır xəsarətlər alıb. F.Hüseynov xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az