Xəzər TV-də yayımlanan "Təsir dairəsi" proqramında gərgin anlar yaşanıb.
Manset.az xəbər verir ki, proqramda iştirak edən Zəminə adlı qadınla ekspert qismində çıxış edən şair Anar Vəziroğlu arasında mübahisə baş verib.
Buna səbəb Zəminənin Anar Vəziroğlunun üzərinə stəkandakı suyu atması olub.
Bu zaman Anar əsəbiləşərək həmin qadının üzərinə gedib.
Studiyadakı mühafizəçilər buna icazə verməyib və şair efirdən uzaqlaşdırılıb. Bir müddətdən sonra isə o, yenidən studiyaya qayıdaraq öz kürsüsündə əyləşib.
Həmin görüntüləri təqdim edirik: