Dövlət qulluğuna qəbul imtahanı keçirilir

09:22 - 18 İyun 2023

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilir.

 

Manset.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan bütün binalarda saat 10:00-da başlanır və 3 saat davam edir. 

Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. 

İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 506, BB qrupu üzrə 1464 olmaqla, ümumilikdə 1970 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 171 nəzarətçi müəllim, 28 buraxılış rejimi əməkdaşı cəlb edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az