logo
logo logo
logo

Xaricdə təhsil üzrə Dövlət Proqramında yenilik

19:08 - 19 İyun 2023

Xaricdə təhsil üzrə Dövlət Proqramında yenilik

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın 6.1-ci bəndində verilən prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər təqaüd üçün müraciət edə biləcəklər.

 

Bu barədə Manset.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənəd qəbulu iyulun 14-dək davam edəcək. Müvafiq elan mətni ilə nazirliyin saytında tanış olmaq mümkündür.

Tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az