Maştağa yolunda “KamAZ” dərəyə aşdı - FOTOLAR

14:37 - 27 İyul 2023

Maştağa yolunda “KamAZ” dərəyə aşdı - FOTOLAR

Zabrat-Maştağa yolunda yük maşını dərəyə aşıb.

 

Manset.az xəbər verir ki, hadisə Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısında baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli bildirib ki, hadisənin baş vermə səbəbi sürücünün idarəetməni itirməsi olub:

“Qəza zamanı ölən və ciddi xəsarət alan olmasa da, “KamAZ”ın çırpıldığı svetefor sıradan çıxıb. Sürücülərdən yollarda xüsusilə diqqətli olmaları xahiş olunur.”

Qeyd edək ki, bir neçə ay əvvəl eyni ərazidə qeydə alınmış qəzada Dövlət Gömrük Komitəsinin Akademiyasının bir tələbəsi və bir əməkdaşı vəfat etmişdi.

 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az