Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan, şimşək, dolu...

13:33 - 28 İyul 2023

Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan, şimşək, dolu...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Manset.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 25-28° isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az