Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərlə bağlı QƏRAR

14:47 - 28 İyul 2023

Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərlə bağlı QƏRAR

Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı dəyişdirilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərarla çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sənədlərin siyahısından çıxarılıb.

Digər bir dəyişikliklə isə uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sənədlərin siyahısından çıxarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az