logo
logo logo
logo

Sərnişinin vəziyyəti pisləşdi, təyyarə Bakıya təcili eniş etdi

09:46 - 23 Avqust 2023

Sərnişinin vəziyyəti pisləşdi, təyyarə Bakıya təcili eniş etdi

Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Manset.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması – 45 yaşlı qadın) olub:

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə yerli vaxtla saat 05:07-də ​​Bakıdan İstanbula yola düşüb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az