logo
logo logo
logo

Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI

18:16 - 23 Avqust 2023

Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI

İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.

 

Manset.az xəbər verir ki, Bu barədə report-un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bunlardan biri Füzuli şəhər 1 nömrəli tam orta məktəbidir. Burada 349 şagird təhsil alacaq.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəb də yeni tədris ilində fəaliyyətə başlayacaq. Bu təhsil ocağında 314 məktəbli oxuyacaq.

Laçında isə iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi.

2 nömrəli məktəbdə 227 şagird təhsil alacaq.

Zabux kənd məktəbində isə 147 şagird oxuyacaq.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az