“Laçın” SBM-də erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub - VİDEO

13:50 - 24 Avqust 2023

“Laçın” SBM-də erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub - VİDEO

Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

 

Manset.az İTV-yə istinadən xəbər verir ki, bu gün məntəqədən növbəti dəfə 113 şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid edib.

Onların arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.

Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.
Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az