Bu rayonların bir hissəsində qaz "kəsiləcək"

20:30 - 24 Avqust 2023

Bu rayonların bir hissəsində qaz \"kəsiləcək\"

“Ağdam 4 yol” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Alvadı” və “Ağdaş” QPS-lərin girişində 200 millimetrlik kranların dəyişdirilməsilə əlaqədar avqustun 25-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

 

“Azəriqaz” İstehsalat Birliyindən (İB) Manset.az-a bildirilib ki, təmir işləri görülən müddətdə Ağdam, Masallı və Ağdaş rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az