Mülki ermənilərin “Laçın” SBM-dan sərbəst keçidinə şərait yaradıldı - FOTO

11:38 - 25 Avqust 2023

Mülki ermənilərin “Laçın” SBM-dan sərbəst keçidinə şərait yaradıldı - FOTO

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-ya məxsus ümumilikdə 10 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində 38 nəfər şəxs olub. Onlardan beşi BQXK-nın üzvü, 10-u sürücü, 15 nəfəri xəstə, altı nəfəri müşayiətçi, iki nəfəri isə tibb işçisidir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az