Laçında “Arşın mal alan” operettası təqdim olundu

21:26 - 26 Avqust 2023

Laçında “Arşın mal alan” operettası təqdim olundu

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçında keçirilən şəhər günü tədbirləri davam edir.

 

Manset.az xəbər verir ki, "Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində, bulvar ərazisindəki əsas səhnədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib.

Aktyor heyətinin məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az