Raket hücumu Hələb aeroportunu sıradan çıxardı

10:04 - 28 Avqust 2023

Raket hücumu Hələb aeroportunu sıradan çıxardı

Suriyanın Hələb Beynəlxalq Hava Limanı raket hücumuna məruz qalıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə aeroport sıradan çıxıb.

Bildirilir ki, hücum zamanı hava limanının eniş-uçuş zolağına zərər dəyib və maddi ziyan vurulub.

Suriya Müdafiə Nazirliyinin yaydığı məlumatda hücumun Aralıq dənizi tərəfdən İsrail Hərbi Hava Qüvvələri tərəfindən edildiyi iddia olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az