Məmmədli kəndində yerləşən göl məqsədli şəkildə qurudulur - VİDEO

10:12 - 28 Avqust 2023

Məmmədli kəndində yerləşən göl məqsədli şəkildə qurudulur - VİDEO

Abşeron rayonu Məmmədli kəndində yerləşən göl qurudulur.

 

Manset.az xezerxeber.az-a istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlər iddia edir ki, onların yaşadığı ünvanın yaxınlığında gölü qurutmaq üçün məqsədli işlər görülür. Lakin bu yaxınlarda gecə ilə əraziyə xüsusi avtomobillər vasitəsi ilə donuz peyini boşaldılıb. Elə ki, külək əsdi evlərdə yaşamaq mümkün deyil. Hətta bəzi sakinlər mənzillərini tez bir zamanda tərk ediblər.

Məsələ ilə bağlı Məmmədli kənd Bələdiyyəsindən bildirildi ki, həmin ərazi yeni yaşayış massividir. Orada mövcud göl ətrafında yaranan antisanitariya və sakinlərin haqlı şikayətlərindən xəbərləri var.
Ərazinin kim və ya kimlər tərəfindən donuz peyini ilə çirkləndirməsini öyrənmək, eləcədə onların cəzəlandırılması məqsədi ilə hüquq mühafizə orqanlarına müraciət olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az