Dövlətə xəyanətdə təqsirləndirilən qadının məhkəməsi başladı

17:20 - 28 Avqust 2023

Dövlətə xəyanətdə təqsirləndirilən qadının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.

O, özünü ittihamlarda təqsirli bilməyib.

Proses sentyabrın 25-də davam etdiriləcək.

İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü .Əliyeva teleqram sosial şəbəkəsində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub. O, uzun müddət həmin şəxsə Azərbaycan haqqında məlumatlar verib, foto və video görüntülər göndərib.

F.Əliyeva Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az