logo
logo logo
logo

Bu dəfəki “Açıq mikrofon” Cəlilabadda - FOTOLAR

20:38 - 28 Avqust 2023

Bu dəfəki “Açıq mikrofon” Cəlilabadda - FOTOLAR

Həftənin ilk “Səyyar qəbul otağı” Cəlilabad sakinlərinin ixtiyarında olub.

 

Manset.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşlarla görüşərək onların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər.

Görüş zamanı ünvanlanan müraciətlər əsasən küçə qaz xəttinin çəkilişi, fərdi qazlaşma və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.

Aksiyaya üz tutan hər bir vətəndaş fərdi olaraq dinlənilib, səsləndirilən müraciətlərlə bağlı lazımi izahatlar verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az