Maskalı şəxslər evə basqın edib ər-arvada xəsarət yetirdilər - FOTO

11:20 - 16 Oktyabr 2023

Maskalı şəxslər evə basqın edib ər-arvada xəsarət yetirdilər - FOTO

Oktyabr ayının 10-da gecə saatlarında Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbə sakininə məxsus fərdi yaşayış evinə 2 maskalı şəxsin qeyri-qanuni yolla daxil olması, bıçaqla ev sahibi və onun həyat yoldaşını ölümlə hədələyib onlara müxtəlif bədən xəsarətləri yetirməsi və hadisə yerindən 2000 manat, 5380 ABŞ dolları və 5 adda müxtəlif qızıl-zinət əşyalar ələ keçirmələri barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy sakinləri - 1999-cu il təvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlü Samir Hüseynov saxlanılıblar. Şübhəli şəxslər saxlanılan zaman cinayətdə istifadə olunan 1 ədəd bıçaq və quldurluq yolu ilə ələ keçirilmiş pul və qızıl əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az