Bu portala daxil olmayın - Dövlət Xidmətindən XƏBƏRDARLIQ

16:46 - 25 Oktyabr 2023

Bu portala daxil olmayın - Dövlət Xidmətindən XƏBƏRDARLIQ

Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb. Portal vasitəsilə vətəndaşlara kommunal ödənişlərin həyata keçirilməsi vədi verilir.

 

Manset.az xəbər veir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan, portalda qeyd olunan bölmələrə daxil olduqdan sonra onlardan ilk növbədə abonent kodunu, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi məsləhət görür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az