FHN bayramla əlaqədar ictimai obyektlərdə yoxlama keçirdi

14:13 - 29 Dekabr 2023

FHN bayramla əlaqədar ictimai obyektlərdə yoxlama keçirdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə üz tutacaqları ictimai obyektlərdə yoxlama keçirib.

 

Manset.az xəbər verir ki, nəzarət-yoxlama tədbirlərini FHN sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirib.

Təhlükəsizlik tələblərinin yoxlanılması məqsədi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə üz tutacaqları istirahət və əyləncə mərkəzlərinə baxış keçirilib.

Həmçinin parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az