Makronun Bakıya göndərdiyi “BOMBA” ƏLİNDƏ PARTLADI

12:07 - 30 Dekabr 2023

Makronun Bakıya göndərdiyi “BOMBA” ƏLİNDƏ PARTLADI

Azərbaycanla Fransa arasında diplomatik qalmaqal davam edir. Rəsmi Paris iki ölkə arasında bundan sonrakı münasibətlərin gələcəyini ciddi sual altına qoymaqda davam edir. 

Əslində Fransanın sancısının Cənubi Qafqazdakı proseslərdən kənar qalmasından qaynaqlandığı da sirr deyil. Ermənistanın 30 illik işğalı zamanı İrəvana gözün üstə qaşın var deməyən, rəsmi İrəvana təzyiq göstərməyən Fransa indi dəyişən bu geosiyasi və geoiqtisadi vəziyyət qarşısında əsl simasını gizlədə bilmədi.

Bir çox şeylər daha qabarıq şəkildə özünü büruzə verməyə başladı. Məlum oldu ki, Fransa nəyinki Ermənistana Azərbaycan ərazilərini işğal məruz qoyduğuna görə 30 il müddətində bir dəfə də olsun təzyiq göstərməyib, bu azmış kimi işğalçılığın legitimləşdirilməsi, hadisələrin dondurulması üçün çıxmadığı oyun qalmayıb. 

Emanuel Makronun rəhbərlik etdiyi Fransa höküməti Cənubi Qafqazda mvcud olan, Azərbaycanın son 3 ildə dəyi.diyi reallığa müdaxilə etməklə proseslərin istiqamətini öz xeyirinə dəyişməyə can atır. Bunun üçün Fransaya lazım olan məsələlərdən biri Rusiya və Türkiyənin regiondakı təsir gücünü zəiflətmək, Azərbaycana təzyiqləri davam etdirməklə Bakı ilə İrəvanı Ermənistanın maraqları çərçivəsində masa arxasında oturmasın nail olmağa çalışır.

Bunun üçün Fransa istənilən ssenariyə əl atmağa hazır olduğunu, bölgədə yeni eskalasiya riski yaratmaqdan çəkinmədiyini aydın şəkildə büruzə verir. Hətta hadisə o həddə çatıb ki, artıq hər iki ölkə iki diplomatın ölkədən qovulması barədə qərar qəbul edib. Bu diplomatik krizisin biraz da dərinliyinə getdikdə Emanuel Makronun çox uğursuz, məsuliyyətsiz bir siyasətçi olduğuna dair kifayət qədər faktlara rastlamış olacağıq. 

Xarici işlər naziri Ceyhun Bayramov da ilin yekunlarına dair iki gün öncə keçirdiyi brifinqdə Fransa-Azərbaycan əlaqələrinin tarixinin ən pis dövründən keçdiyini bildirdi. İki ölkə arasında əlaqələr diplomatların qarşılıqlı qovulması səviyyəsinədək düşməsi eyni zamanda münasibətlərin daha sərt - səfirlərin geri çağırılması mərhələsinin bir addımlığına qədər gəlib çıxmasını özündə ehtiva edir…

Fransa həqiqətən də Cənubi Qafqazda çox açıq oynamağa başlayıb. Biz aydın şəkildə görürük ki, rəsmi irəvan Azərbaycanla yekun sülh sənədinin imzalanmasında son günlər fəallıq nümayiş etdirdiyi təqdirdə biz Makronun obrazında bir radikal erməni müxalifini müşahidə edirik. Bəli, belə desək daha yerinə düşər: Fransa artıq erməni hökumətinin mövqeyini belə nəzərə almadan, öz yanaşmalarıyla İrəvandan daha çox Ermənistanın maraqlarından çıxış edir. 

Fransanın Cənubi Qafqazdakı hazırki mövqeyinin pərdəarxası:

- Erməniliyin himayədarlığı ilə bağlı götürdüyü öhdəlik

- Avropa İttifaqının bölgəyə doğru genişlənməsi

- Türkiyə ilə geosiyasi rəqabət, Rusiyanın Cənubi Qafqazda sıxışdırılması və digər səbəblər

Burada maraqlı bir çox maraqlı məqamlara rast gəlmək olar. Birincisi, Ukrayna və İsrail cəbhələrində ilişən ABŞ-ın Cənubi Qafqaza diqqətinin azalması fonunda Fransanın bölgədəki aktivliyini artırması nəzərə çarpacaq qədər böyükdür. O da ayındır ki, hazırda Fransa hərbi-siyasi cəhətdən Ermənistana yerləşməyi, Cənubi Qafqazda real gücə çevrilməyi ən çox istəyən Qərb dövlətidir. Fransızlar həm Rusiyanın, həm ABŞ-ın başının qarışdığı bu situasiyada Cənubi Qafqazda öz payını əldə etməyə can atır. 

Bunun üçün digər məqam isə Frasanın daha təhlükəli sularda üzməyə qərar verməsi oldu. Cənubi Qafqaza 19-20 sentyabrdakı lokal antiterror tədbirlərinə kimi Qarabağda qalmış separatçılar vasitəsi ilə müdaxilə imkanlarının qaldığını düşünən Fransanın bu ümidlərinin də üstündən xətt çəkilməsinin ardından rəsmi Paris daha iyrənc oyunlara belə getməkdən çəkinmədi. 

Belə ki, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olundu. Hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olsa da Fransanın Azərbaycanla bağlı bu cəhdi də suya düşdü. 

Emanuel Makron hökümətinin Bakıya göndərdiyi “bomba”, belə demək mümkünsə elə öz əlində partladı…

Konkret desək, Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır. Beləcə Bakıda Fransada şok effekti verən əməliyyat gerçəkləşdi. Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Makronun Bakıda həyata keçirmək istədiyi planları İFŞA ETDİ. 

Uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə oldu. Fransa Prezidenti bu hadisənin ardınca - 5 gün əvvəl ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etdi. Onun istefası, əslində, gözlənilirdi. Əslində gözlənilən idi. Makronun bu qərarını da sakit başla verdiyi inandırıcı deyil. Fransa hakimiyyəti növbəti planının Bakıda gerçəkləşəcəyini düşündüyü bir vaxtda Bakıda öz qurduğu pusquya düşdüyünü bəlkə heç ağlından da keçirməmişdi.

Bu, Emanuel Marona Prezident İlham Əliyevlə dueldən aldığı növbəti və nokaut effektli ağır zərbə oldu. Təbii ki, məsələ bununlıa da yekunlaşmır. Bu faktlarla yanaşı, Azərbaycan xüsusi xidmət orqanları Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər də ələ keçirib. Bunun Fransa tarixində ən böyük fiaskodur və kəşfiyyatın imicinə tarixi zərbə kimi yadda qalacağı istisna edilmir.

Şübhəsiz ki, ikitərəfli münasibətlərdə müşahidə olunan bu gərginləşmənin səbəbi Fransanın Ermənistan-Azərbaycan qarşıdurması məsələsində tutduğu tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqedir. Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən Fransa öz zərərli addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunması perspektivlərini sarsıtmaq niyyətindən əl çəkmir. Amma proseslər, hadisələrin gedişi göstərir ki, Fransanın bu yanaşması ən çox özünə zərər verir, onun beynəlxalq siyasi nüfuzuna ciddi zərbə vurur.

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az