Sabunçuda tapança ilə gəzən şəxs saxlanıldı - VİDEO

15:37 - 01 Yanvar 2024

Sabunçuda tapança ilə gəzən şəxs saxlanıldı - VİDEO

Qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında yeni ilin ilk günü həyata keçirilən tədbir zamanı 48 yaşlı, əvvəllər məhkum olunmuş Rafiq Bağırov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Baxış zamanı onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 6 ədəd patron və patron darağı aşkar edilib. R.Bağırov silahı bir müddət əvvəl əldə etdiyini, polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını, bayram günü həmin tapança üzərində olan zaman polislər tərəfindən saxlanıldığını bildirib.

Araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az