Yanvarın ilk günləri qarsız keçəcək - PROQNOZ

14:35 - 02 Yanvar 2024

Yanvarın ilk günləri qarsız keçəcək - PROQNOZ

2024-cü ilin yanvar ayının ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi bəzi günlərdə arabir güclənəcək.

 

Manset.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilsə də, lakin ongünlüyün ortalarında, əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az