Türkiyə səfiri Xalq rəssamının emalatxanasını ziyarət etdi - FOTO

18:47 - 06 Yanvar 2024

Türkiyə səfiri Xalq rəssamının emalatxanasını ziyarət etdi - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xalq rəssamı Sakit Məmmədovun qalereya və emalatxanasını ziyarət edib.

 

Manset.az xəbər verir ki, bunu səfir "X" hesabında paylaşıb. 

Səfir paylaşımında "Qarabağnamə, dörd fəsil, Tomris və başqaları... Onun möhtəşəm əsərləri ilə tanış olduq. Söhbətimizdə Xalq rəssamının TÜRKSOY-un tərkibində Turan Rəssamlıq Akademiyası və Türk Dünyası Rəssamlar Birliyi ilə bağlı fikirlərini və əsərlərini dinlədik" deyib.

C.Bağçı bildirib ki, may ayında İstanbulda S.Məmmədovun sərgisi keçiriləcək. Xalq rəssamı bu barədə səfiri məlumatlandırıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az