Bir ildə adını, ata adını və soyadını dəyişənlər - STATİSTİKA

18:44 - 06 Fevral 2024

Bir ildə adını, ata adını və soyadını dəyişənlər - STATİSTİKA

Ötən il adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən məsələlərlə bağlı ümumilikdə 46 345 müraciət daxil olub.

“2023-cü il ərzində qeydiyyat orqanlarında 2 492 vətəndaş adını, ata adını və soyadını dəyişdirib.

Müraciət edən 43 862 nəfərin isə soyad sonluğunun dəyişdirilməsi dövlət qeydiyyatına alınıb”, - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. ("Qaqazinfo")


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az