Qadın məhkumlar da səs verirlər

11:54 - 07 Fevral 2024

Qadın məhkumlar da səs verirlər

Penitensiar müəssisələrdə səsvermə prosesi davam edir.

 

Manset.az xəbər verir ki, Pentensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində 29 saylı Sabunçu seçki dairəsinin 41 saylı seçki məntəqəsində səsvermə keçirilir.

41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudov bildirib ki, məntəqədə siyahı üzrə 532 məhkum qadın seçici qeydiyyatdadır. Və indiyədək 200-ə yaxın qadın məhkum səs verib.

Qeyd edək ki, bu gün keçirilən prezident seçkilərində Ədliyyə Nazirliyi Pentensiar Xidməti üzrə 13 seçki dairəsini əhatə edən 27 seçki məntəqəsi təşkil olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az