Bakıda 2 KamAZ qaçırıldı

10:41 - 08 Fevral 2024

Bakıda 2 KamAZ qaçırıldı

Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən KamAZ markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Manset.az-a verilən məlumata görə, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Fətəliyev saxlanılıb.

Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş Urfan Əhmədovu da müəyyən edərək saxlayıblar.

E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAZ” markalı avtomobili qaçırması da müəyyən olunub.

Həmin avtomobil də polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində tapılıb.

Araşdırma aparılır.              


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az